Çində meydana gələn və dünyanı qısa müddət ərzində əhatə edən yeni növ koronavirus epidemiyası Avropanı da viran qoyur. 

Unikal.org xəbər verir ki, 11 milyon 500 min əhalisi olan Belçika epidemiyadan ən çox təsirlənən ölkələr sırasındadır. Avropa Birliyinin paytaxtı Belçikada son 24 saat ərzində  417 adamın koronavirusdan ölümü ilı ümumi itki 4 min 857-ə yüksəlib. 

Lakin, Belçikadan gələn görüntülər bütün Avropya təsir edib. Belçikanın Limburg şəhərində  34 min əhalisi olan Lommel kəndində  qoruyucu kostyum geyən bir şəxs, Pontes Crematorium Mərkəzindəki koronavirusdan ölən bir xəstənin tabutunu sobaya  qoyaraq, onu yandırıb. Baş verən hadisə anbaan jurnalistlərin obyektinə tuş gəlib. 

Tez bir zamanda paylaşılan foto  Avropada  təsir obyektinə çevrilib.