Hindistanın məşhur qadın güləşçisi Babita Phogat Hindistandakı müsəlmanları yeni növ koronavirusdan (COVID-19) daha böyük problem yaratmaqda günahlandırıb.  

Unikal.org  xəbər verir ki, Phogat bu barədə “Twitter”də paylaşım edib.

Qadın güləşçinin bu paylaşımı “Twitter” gündəm yaradıb. Daha sonra anti-müsəlmanlarla bağlı bir çox paylaşımı ilə diqqət çəkən, güləşçinin hesabı bağlanıb.

Sosial şəbəkədə müsəlman əleyhinə cərəyanların gətirildiyi Hindistanda bir çox məşhurlarda bununla bağlı paylaşımlar ediblər. 

Xatırladaq ki, əfqan əsilli Hindistanın məşhur müsəlman aktyoru Amir Xan Phogat ailəsinin həyatı ilə bağlı çəkilmiş filmdə baş rolda - Babita Phogatın atasını Mahavir Singh Phogat canlandırıb. "Dangal"  film bütün dünyada rəğbətlə qarşılanıb.

Bu film Hindistanda erkən yaşda qızların evləndirilməsinə qarşı çıxan Mahavir Singh Phogatdan danışılır. Mahavir Singh Phogat oğul arzusunda olan bir atadır. Ard-arda qızları olsa da o güləşib ölkəsini dünyaya tanıtmaq üçün qızlarını güclü güləşçiulər kimi yetişdirir və hətta oğlanlara meydan oxuyurlar.