İranda “zombi gəlin” ləqəbi ilə tanınan, Ancelina Coliyə bənzəmək üçün dəfələrlə estetik əməliyyat keçirən  Fatemeh Khisvandın koronavirusa yoluxduğu açıqlanıb. 

Unikal.org İran KİV-ə istinadən məlumat verir ki,  sosial şəbəkədə həddən artıq makiyaj və filtrlə şəkillərini paylaşmaqla şöhrət qazanan Fatemeh Khisvandın İrandakı həbsxanada koronavirusa yoluxduğu açıqlanıb. 

Qeyd edək ki, İnstaqramda Sahar Tabar ləqəbindən istifadə edən 22 yaşlı qadın, oktyabr ayından bəri “zorakılığı, zinakarlığı və yalnış gəncliyi təriflədiyi”  üçün həbs edilib.