Türkiyədə son sutka ərzində koronavirusa 4 353 yeni yoluxma faktı qeydə alınıb. Gün ərzində 126 nəfər dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə virusa yoluxanların ümumi sayı 78 546, ölənlərin sayı isə 1 769 nəfərə çatıb.