Yeni növ koronavirus epidemiyasından sağalanların sayı 625 min nəfəri keçib.

Unikal.org COVID-19 olan ölkələrdə və bölgələrdə yeni hallar haqqında məlumatların toplandığı “Worldometer”saytına istinadən məlumat verir ki,  virusa yoluxmuş 625 min 129 nəfər sağalıb.

Belə ki, ən çox sağalmış xəstə olan ölkələr 88 min ilə Almaniya, 77 min 357 ilə İspaniya, 71 min 12 ilə ABŞ, 57 min 23 ilə İran, 47 min 55 ilə İtaliya, 36 min 578 ilə Fransa bildirilib.

Qeyd edək ki, dünyada COVID-19 hadisələrinin sayı 2 milyon 407 min 400-ə çatsa da, 165 min 71 nəfər virus səbəbiylə həyatını itirib.

Hazırda müalicə altına alınan 1 milyon 617 min 200 aktiv yoluxma  halı var.