İsraildə yeni növ koronavirusun (Kovid-19) yayılmasına baxmayaraq, Baş nazir əleyhinə Binyamin Netanyahu nümayişləri davam edir.
Unikal.org İsrail KİV-ə istinadən məlumat verir ki, baş nazir Binyamin Netanyahu ilə əlaqəli korrupsiya iddiası səbəbiylə baş nazir olmasını istəməyən müxaliflər, koronavirusun yayılması səbəbiylə sosial məsafəyə diqqət yetirərək , paytaxt Təl-Əvivdəki Rabin meydanında nümayiş keçirdiblər.
Qara bayraqları olan nümayişçilər, Kovid-19 səbəbiylə sosial məsafələr qaydasına uyğun olaraq 2 metr məsafədəki meydanda yerlərini alıblar.
Müxalifət partiyalarının lideri Yair Atidin də qatıldığı şouda təxminən 2 min adam iştirak edib.