Çinin Uhan şəhərində meydana gələn koronavirus epidemiyasına yoluxan ilk xəstələrə baxan Çinli həkimdən açıqlama gəlib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, ilk koronavirus xəstələrinə baxan və bütün dünyanı təsir edən koronavirusun meydana gəldiyi yer olan Uhan şəhərindəki koronavirus barədə səlahiyyətlilərə xəbərdarlıq edən həkim, epidemiyanın ilk günlərində baş verənləri izah edib.
Belə ki, həkim,açıqlamasında; “Yoluxucu bir xəstəlik olacağını düşündük, amma heç belə bir pandemiya olacağını düşünmədik” deyə ifadə edib.
Daha sonra, “Dekabrın 27-də Yoluxucu Xəstəliklər Mərkəzindən gəldilər və nümunə götürdülər. Düşünürəm ki, tez reaksiya göstərdilər, ancaq xəstəliyin bu qədər sürətlə yayılacağını əvvəlcədən düşünmədik” deyə bildirib.
İlk xəstələrə tətbiq olunan müalicə haqqında da məlumat verən həkim, “On gün düşməyən qızdırma, xəstəxanaya qaldırılmadan 3 gün əvvəl sinə ağrısı, hər iki ciyərdə hırıltı olan xəstələrın ağrıları getdikcə artırdı. İlk 7 xəstənin simptomları eyni idi. Antiviral və antibiotik müalicəmiz olmadı”.
Həmçinin də, həkim, xəbərdarlıqların gec gəldiyini söyləyən ittihamlarla əlaqədar olaraq, “Virusu özümüz anlamağa çalışırdıq. Açıq məlumat olmadan ictimaiyyətə izah edə bilmədik. Belə məlumatları açıqlamadan əvvəl elmi bir proses tələb olunur” deyə qeyd edib.