“Azərsun holdinq"də yeni təyinat olub.

Unikal.org xəbər verir ki, jurnalist Elman Vəliyev (Bakuvi) Media Əlaqələri Bölməsinin müdiri təyin olunub.

E.Vəliyev Unikal.org-a faktı təsdiqləyib.

Qeyd edək ki, E.Vəliyev buna qədər “Azad Azərbaycan” televiziyasının müxbiri, “Made in Azerbaijan” verilişinin aparıcısı olub.