Türkiyədə koronavirusdan ölənlərin sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, son sutka ərzində daha 119 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 259 nəfərə çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bir gündə daha 4 611 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Beləliklə, Türkiyədə pandemiyaya yoluxanların ümumi sayı 95 591-ə yüksəlib. 

Nazir həmçinin indiyədək 14 918 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da qeyd edib.