Səudiyyə Ərəbistanında yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən ölənlərin sayı 109-a çatıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Səhiyyə Nazirliyinin verdiyi açıqlamada,  son 24 saatda daha 6 nəfər həyatını itirərək, ümumi ölənlərin sayı 109-a, yoluxanların sayı isə daha 1147 nəfər artaraq, ölkədə yoluxanların sayının 11 min 631-ə yüksəldiyi bildirilib. 

Səudiyyə Ərəbistanı Baş Müftisi Abdülaziz Əl-Şeyx, 17 Aprel tarixində verdiyi açıqlamada, təravih və dini duanın, COVİD-19 yayılması səbəbiylə Ramazan ayında evlərdə ediləcəyini açıqlayıb.

Məscidül-Həram və Əl-Məscid ən-Nabevi İşlər və Kəbə İmam Şeyx Dr. Abdurrahman es-Sudeys, Ramazan ayında yeni koronavirus (COVID-19) səbəbiylə Məkkədəki Harem-i Şərifdə və Mədinədəki Məscid əl-Nabaviydə təravih namazının qılınmadığını açıqlayıb.