Milli Məclisə yeni mətbuat katibi təyin olunub.

Milli Məclisdən Unikal.org-a verilən məlumata görə, Milli Məclisin spikeri Sahibə Qafarovanın əmri ilə bu vəzifəyə teleaparıcı Ceyhun Əli təyin edilib və bu gün kollektivə təqdim olunub.

Bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, bu barədə ilk məlumatı bakupost yayıb.