Belçikada koronavirusun yeni növü (COVID-19) altında görülən tədbirlər tədricən yumşadılmağa başlanılıb.

Unikal.org xəbər verir ki, mayın 4-də normallaşdırma prosesinin birinci mərhələsi başlandıqdan sonra Belçika Milli Təhlükəsizlik Şurası yenidən toplanıb. 

Belə ki, toplantıda qəbul edilən qərara görə, məktəblər sərt tədbirlər altında yenidən mayın 18-də tədris prosesinə başlanılacağı bildirilib. 

Görüş zamanı Baş nazir Sofi Uilmes, bütün mədəni, idman və digər fəaliyyətlərin iyunun 30-dək qadağan edildiyini, “Yəqin ki, yaydan əvvəl normal həyata qayıdış olmayacağını” bildirib.

Bildirək ki, növbəti mərhələ ən erkən 8 iyun tarixində başlayacağı bildirilib.