Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən 31 may 2020-ci il tarixdə saat 10:00-da Xidmətin Aparatında vətəndaşların videoqəbulu keçiriləcəkdir.
Unikal.org xəbər verir ki, Bakı şəhərində yaşayan vətəndaşlar videoqəbulda iştirak etmək üçün Xidmətin Aparatına (Z.Əliyeva küçəsi 30) gələrək, respublikanın digər şəhər və rayonlarında yaşayan və qeydiyyatda olan vətəndaşlar isə yaşadıqları və qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və bölmələrinə müraciət edərək müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra videoqəbulda iştirak edə bilərlər.