"Fərdi avtomobillərdən istifadəyə icazə verilmir. Bütün qurumların, eləcə də televiziya əməkdaşları da xidməti avtomobillərindən istifadə edə bilərlər"
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, televiziya əməkdaşları xidməti avtomobillərində icazəsi olmayan sərnişin götürə bilməzlər. Avtomobili olmayan şəxslər isə Bakı Nəqliyyat Agentliyinə xüsusi müraciət etməlidirlər.