“Çarpayı sayımız kifayət qədərdir, modul xəstəxanalar da açılır. Ona görə də məktəblərdən xəstəxana kimi istifadə edilməsinə heç bir ehtiyac yoxdur”.
Unikal.org-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, xəstəxanalar süni nəfəs aparatları ilə tam təchiz olunub.