Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən fəaliyyətə başlayacaq.
Unikal.org xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
“Baş Nazir tərəfindən imzalanan qərar əsasında fəaliyyətinə icazə verilən sahələr var – özəl təşkilatlar və dövlət qurumları. 6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı fəaliyyətə başlayacaq. Bu, 8103 SMS xidməti deyil. Vətəndaşlar yanlış anlamasın. SMS sistemi fəaliyyətə başlamır. Nazirlər Kabinetinin qərarında həmin sistemdə hansı təşkilatlar qeydiyyatdan keçə və icazə ala bilər – onların siyahısı artıq təsbit olunub. Bu siyahı üzrə təşkilatlar daxil olacaqlar.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.
Dövlət təyinatlı və həyati əhəmiyyətli təşkilatların icazələri 8 iyuna qədər avtomatik olaraq təmin olunacaq".