İranda ötən sutka ərzində daha 2 249 nəfər koronavirusa (COVID19) yoluxub.

Unikal.org xəbər verir ki, bununla İranda bu virusa yoluxanların sayı 189 876 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunub ki, ötən 24 saat ərzində daha 113 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 8 950 nəfərə çatıb. Eyni zamanda İranda indiyədək 150 590 nəfərin koronavirusdan sağaldığı bildirilib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,26 milyondan çox test həyata keçirilib.