Rusiyanın Sankt-Peterburq şəhərində 103 yaşlı koronavirus xəstəsi sağalıb.
Unikal.org-un məlumatına görə, bu barədə qadının müalicə olunduğu xəstəxana bildirib.
Qeyd olunub ki, həmin qadın koronavirusun səbəb olduğu kəskin ikitərəfli poliseqment pnevmoniyadan müalicə olunub.
Xəstəxanadan onu da bildiriblər ki, iyunun 11-də evə buraxılan qadın özünü yaxşı hiss edir.