Türkiyənin Burdur bölgəsində zəlzələ olub.
Unikal.org-un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, 3,8 maqnitudalı zəlzələ yerli vaxtla saat 22:18-də baş verib.
Zəlzələnin ocağı 4,3 kilometr dərinlikdə qeydə alınıb.
Təkanlar Sparta və Dənizlidə də hiss edilib.