Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı iqamətgahında koronavirusdan qorunmaq üçün xüsusi tunel quraşdırılıb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, hazırlanan tunelin məqsədi içəri daxil olanları dezinfeksiya etməkdir. 

Tuneldən  keçən şəxslərin bədəninin açıq hissələrinə və paltarına dezinfeksiyaedici məhlul püskürür.

Martın ortalarında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin koronavirusdan qorunması üçün bütün tədbirlərin görüldüyünü vurğulamışdı.