Çexiyanın paytaxtı Praqada bütün bələdiyyə sədrləri karantinə götürülüb.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, paytaxt merinin müavini Peter Qlubuçek yeni növ koronavirusa yoluxub. Bununla da, pandemiya zamanı Çexiyada tətbiq olunan qaydalara uyğun olaraq, son günlərdə merin müavini ilə sıx əlaqədə olan paytaxtın bütün bələdiyyə rəhbərliyi iki həftəlik ev karantininə yerləşdirilməlidir.
P.Qlubuçek bildirib ki, iyunun 15-i onun hərarəti qalxıb, bu səbəblə o, iyunun 16-sı işə çıxmayıb və koronavirus testindən keçib: "Axşam mən koronavirus testimin müsbət olduğunu öyrəndim".