Dərman şirkəti “AstraZeneca”nın koronavirus pandemiyası ilə mübarizə çərçivəsində inkişaf etdirməyə çalışdığı “Covid-19” vaksininin bir il insanları qoruduğu ortaya çıxıb.
Unikal.org xəbər verir ki, Fransa, Almaniya, İtaliya, İngiltərə, ABŞ və Hollandiya ilə müqavilələr imzalamaqla Covid-19 vaksinləri üçün sürətlə işləməyə davam edən İngiltərədəki əczaçılıq şirkəti “AstraZeneca”nın baş direktoru Paskal Soriot bununla bağlı mətbuata açıqlama verib.
Belçikada fəaliyyət göstərən media şirkəti Bel RTL-ə danışan Soriot, “Bu peyvənd insanları bir il Covid-19-dan uzaqlaşdıracaq” deyə, Oksford Universiteti ilə birlikdə hazırlanan və insanlar üzərində sınaqlara başlandığını bildirib.
Həmçinin də, 400 milyon doza potensial peyvənd istehsal etməyi planlaşdırdıqlarını izah edən şirkətin direktoru, “Hamısı yaxşı olarsa, Avqust / Sentyabr kimi klinik testlərin nəticələrini alacağıq. Bununla paralel olaraq istehsala başlayacağıq. Əgər bu plan yolundadırsa, oktyabr ayı kimi paylanmaya başlayacağıq ” deyə qeyd edib.