Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan tibb işçilərinin sayı açıqlanıb.
Unikal.org-un verdiyi xəbərə görə, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Ermənistanda iyunun 10-dək tibb müəssisələrində çalışan 971 nəfər koronavirusa yoluxub.
Nazirliyin məlumatında qeyd olunub ki, xəstəliyə yoluxan tibb işçilərindən 1 nəfər ölüb.