Qazaxıstan parlamentinin (aşağı palatanın) sədri Nurlan Niqmatulin koronavirusa yoluxub və özünütəcrid rejiminə keçib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Karantin tədbirlərinə ciddi əməl edən, son ayda plenar iclas günü istisna olmaqla, heç kimlə təmas qurmayan spiker Nurlan Niqmatulin hər plenar iclasdan əvvəl koronavirus testindən keçib.
Nurlan Niqmatulin özünütəcrid haqqında qərar qəbul edib. Hazırda Məclisin sədri fəaliyyətini distant formada davam etdirir. Məclisin bu gün keçirilməsi nəzərdə tutulan plenar iclasına onun müavini sədrlik edəcək.
Xatırladaq ki, Qazaxıstanda koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət rejimi martın 16-dan aprelin 11-dək davam edib.