ABŞ Ədliyyə Nazirliyi Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun kitabının nəşrinin dayandırılması üçün iddia qaldırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iddia bəyanatında deyildiyi kimi, müraciətin səbəbi "milli təhlükəsizliyə zərər verə biləcək" məxfi məlumatların kitabda yer almasıdır. Məhkəmə iddiasında bildirilir ki, Bolton bu şəkildə məxfi məlumatların qəbulundan sonra imzalanan müqavilələri pozur.
Ədliyyə Nazirliyi "Simon Schuster” nəşriyyatından kitabdakı gizli məlumatların sayı məsələsi ABŞ rəhbərliyi ilə razılaşdırılana qədər kitabın nəşrini dayandırmağı tələb edir. Agentlik ayrıca kitabın artıq çap edilmiş nüsxələrinin məhv edilməsini və məzmunun sızmasının qarşısını almasını tələb edib. İddia sənədində Boltonun kitabın məzmununu Ağ Evlə razılaşdırmadan və nəşrinə icazə almadan kitab üçün 2 milyon dollar avans alıb ki, bu da qanun pozuntusudur.
Xatırladaq ki, Boltonun Tramp administrasiyasındakı işindən bəhs edən kitabının nəşri bir neçə dəfə təxirə salınıb. Növbəti tiraj iyunun 23-nə planlaşdırılıb. Naşirin sözlərinə görə, kitabda Trampın ünvanına kəskin tənqidlər yer alır.