Fransada Bəşər Əsədin əmisi Rifat Əsəd  “dövlət vəsaitlərindən sui-istifadə və çirkli pulların yuyulmasına görə” 4 il həbs cəzasına məhkum edilib.  

Unikal.org xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Paris Cinayət Məhkəməsi Rifat Əsədə dövlət vəsaitlərindən sui-istifadə və çirkli pulların yuyulmasına görə 4 il həbs cəzası verib.

Məhkəmə, məhkəmədə iştirak etməyən Əsədin Fransadakı əmlakını da ələ keçirmək qərarına gəlib.   Həmçinin də, Rifat Əsəd  Suriya dövlətinin pullarını qanunsuz istifadə edərək daşınmaz əmlak imperiyası qurmaqda günahkar bilinib.

Fransadakı “Əsəd əmi”nin aktivlərinin 90 milyon avro olduğu ifadə edilib.