Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər dünyasını dəyişib, 1 429 nəfərdə virus aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 861, yoluxma faktı 182 min 727 nəfər olub. Gün ərzində 1 261 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 154 min 640-a çatıb.
Son 24 saatda 52 min 901 test edilib.