Ermənistanda daha 665 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində açıqlayıb.

Bununlada Ermənistanda virusa yoluxanların sayı 18 698-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.