Əgər bir nəfər 2 yerdə çalışırsa xüsusi karantin rejimində ona hər iki təşkilat icazə almalıdır.
Unikal.org-un məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, ola bilər ki, şəxsin 2-ci iş yeri gecə növbəsidir, amma birinci iş yerindən aldığı icazə gecə növbəsinə aid deyil: “Polis də gecə vaxtı həmin şəxsi saxlayarsa görəcək ki, icazə aldığı iş yeri gecə növbəsinə aid deyil. Bu cür problemlərin ortaya çıxmaması üçün hər iki iş yerindən icazə alınmalıdır”.