Bu il məzun olan şahgirdlərin hamısı attestat alacaq. Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün sentyabr ayında buraxılış imtahanında keçiriləcək.
Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, qızdırma səbəbindən buraxılış imtahanında iştirak etməyən, lakin ali məktəblərə qəbul olmaq istəyənlərin məsələsinə baxılacaq:
“Baxacağıq əgər onlar xəstə deyilsə və səhhəti ətrafda olanlara problem yaratmırsa, çalışacağıq ki, axırıncı imtahanlara daxil edək. Onları yaşadığı yerdə imtahana dəvət edəcəyik. Biz bilmirik ki axırıncı imtahanların coğrafi cəhətdən hansı bölgələrdə baş tutacaq”.