“Hər birimizin ayrı-ayrılıqda sağalması və ya xəstələnməməsi kifayət deyil. Azərbaycan bütöv bir bədəndir, ona görə də bütövlükdə Azərbaycan sağalmalıdır”.
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in mətbaut katibi Rəvanə Əliyeva sosial şəbəkədə yazıb.
O bildirib ki, yaranmış vəziyyətə görə hər kəs cavabdehdir: “Mən sizin yoluxmamağınıza, siz o birinin, o biri digərinin... Hər birimiz maska taxaraq məsafə saxlayıb özümüzü qorumaqla, digərlərini, eləcə də Azərbaycanımızı qorumuş olacağıq. “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulun, vətəndaş olaraq birlikdə qalib gələk!”.