İsveçrənin paytaxtı Cenevrədə ötən il zəngin bir azərbaycanlı yol hərəkəti qaydalarını pozduğuna görə sürücülük hüququndan məhrum edilib.

Bu barədə Unikal.org İsveçrə mətbuatına istinadla xəbər verir.

Qeyd olunur ki, azərbaycanlı öz bahalı  “Audi” avtomobili ilə Gondo sərhəd məntəqəsini keçmək istəyərkən sərhədçilər tərəfindən saxlanılıb. Yoxlama zamanı onun biletsiz səyahət etdiyi məlum olub.  

Ona 1750 frank (3130 AZN) məbləğində pul cəzası kəsilib. O, həmçinin Cenevrədə 10 000 İsveçrə frankı (17900 AZN) məbləğində cərimə də ödəməli olub.

Bu hadisədən 1 ay keçəndən sonra həmin varlı azərbaycanlı  Simplon –Pass şəhərində  yenidən yol polisi tərəfindən saxlanılıb. Həmin şəxsin bu dəfə də ölkənin qanunlarına əməl etmədiyi məlum olub, belə ki, o, avtomobili sürücülük hüququ olmadan idarə edib.

Aparılan araşdırmalardan sonra məhkəmə həmin şəxs barəsində hökm çıxarıb. Qərara əsasən o, qanunsuz avtomobil idarə etməkdə ittiham olunub və 225 min İsvecrə frankı  (402000 AZN) məbləğində cərimələnib. Bu şəxs həmin cəriməni ödəməyi qəbul edib. Hökmün artıq qüvvəyə mindiyi bildirilir.

Bu şəxsin Azərbaycanın məmurlarından birinin oğlu olduğu ehtimal edilir.

Murad İbrahimli