Məhkəmə Şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun "Şəmkir Şampan Şərabları" ASC-nin direktoru Hafiz İbrahimova qarşı şikayətinə baxıb.
Bu barədə Unikal.org-a H.İbrahimovun özü məlumat verib.
O, bildirib ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan məhkəmə prosesində icra başçısı Alimpaşa Məmmədovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, A.Məmmədov iş adamının onun şərəf və ləyaqətinin alçaltdığını iddia edərək AR Cinayət məcəlləsinin 147.1 və 148-ci maddələri ilə H.İbrahimovun cinayət məsuliyyətinə cəlb edilməsini istəyirdi.
Famil Fərhadoğlu