Qaydalara əməl etməsək və yoluxma sayı artsa, məcburiyyət qarşısında sərtləşməyə getməyə məcbur olacağıq.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bu barədə qərar Operativ Qərargah tərəfindən veriləcək.
“İnsanlar mağazalara gedib, ərzaq ala bilər. Amma ərzaq almağa gedən zaman maska taxmalısan və sıxlığa girməməlisən”.