“E-Təbib” mobil tətbiqində icazələrin alınma qaydası müəyyənləşib.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunub.
Qərara əsasən, “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:
- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;
- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;
2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
3. icazənin növü seçilir (1 və ya 2);
4. “Göndər” düyməsi sıxılır;
- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə
mesajı ekranda görünür;
- “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.