"26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. Bu tarix, vətən uğurunda tarix yazanların günüdür".
Unikal.org xəbər verir ki, bunu millət vəkili Ülvi Quliyev sosial şəbəkədə Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edərkən yazıb:
"Bütün şəhidlərimizi hörmətlə yad edir, veteranlarımıza minnətdarlığımı bildirir və Vətənimizi qorumaq üçün həyatını riskə atan hərbiçilərimizin mərdliyi ilə fəxr edirəm!
Aprel zəfəri zamanı döyüş qabiliyyətini təsdiqləyən güclü ordumuz, əsgər və zabitlərimizin döyüş ruhu, vətən sevgisi sayəsində tezliklə Qarabağımızın azad olunması arzusu ilə... Bayramınız mübarək!"