“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır. Əvvəlki kimi ağciyərləri süni ventilyasiya aparatına və ECMO cihazına qoşulu vəziyyətdədir".
Bunu Unikal.org-a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
"Son günlər B.Bağırzadənin istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərində müəyyən yaxşılaşma qeydə alınıb".