Millət vəkili Novruz Aslanov sərt karantin rejimi dövründə hər həftənin cümə axşamları (IV-günlər) öz seçiciləri ilə onlayn və telefon vasitəsilə qəbullar keçirir.
Unikal.org xəbər verir ki, İsmayıllı rayon sakinlərinə elan olunmuş telefon nömrəsi ilə rayon sakinləri birbaşa deputatla əlaqə saxlaya bilirlər.
İyunun 25-də Milli Məclisin növbədənkənar iclasından sonra saat 14.00 başlayaraq Novruz Aslanov seçicilərinin telefon zənglərinə cavab vermiş və müraciətləri dinləmişdir. Əsas müraciətlər işlə təminat, müalicə və şəxsi məişət problemləri ilə bağlı olub.
Telefon zəngləri və müraciətlər qeydə alınaraq icraata götürülmüşdür. Müraciətlərə müvafiq qaydada baxıldıqdan sonra lazımi addımlar atılacaqdır.