"Ötən ilin sonlarından etibarən Koronavirus pandemiyası bütün dünya ölkələrinin düzənini dəyişməyə başladı. Dövlətimiz də real təhlükəni hiss etdiyi üçün cari ilin əvvəllərindən bir növ öz siyasət və fəaliyyətini yaranmış bu vəziyyətə uyğun qurmağa başladı. Bəzi dünya dövlətləri, xüsusilə də inkişaf etmiş ölkələrin bu məsələyə biganə yanaşması və siyasi xəttlərində koronavirus pandemiyyasının vura biləcəyi təsirləri nəzə almamaları bildiyimiz kimi həmin ölkələrin acı və ağır nəticələrlə üz-üzə qalmalarına gətirib çıxardı".
Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib
Deputat bildirib ki, prezident İlham Əliyevin çevik, eyni zamanda düşünülmüş siyasəti nəticəsində öz fəaliyyət istiqamətini COVİD 19 pandemiyasının məcburi yeni bir düzənə gətirib çıxardığı dövrün tələbləri istiqamətində qura bilib:
"Yoluxma faktının qeydə alındığı ilk gündən bütün zəruri preventiv tədbirlər görülməyə başladı. Cənab prezident İlham Əliyevin hər bir məsələni ciddi nəzarətdə saxlaması və qısa zaman ərzində bu istiqamtdə çox böyük işlərin görülməsi belə demək mümkündürsə gözəgörünməz düşmənlə mübarizədə xalqımızın və dövlətimizin üstünlüyə sahib olmasına gətirib çıxardı.
Təhsil müəssələrində təlim-tədris prosesinin dayandırılması, ölkə miqyasında karantin rejminin tətbiq edilməsi cənab prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi xalqımızın sağlamlığı və təhlükəsizliyi məqsədi ilə atılmış ən təqdirəlayiq addımlardan biri oldu. Cənab prezident ölkdə karantin reji tətbiq olunmasına və demək olar ki, strateji istiqamətli çox az sayda fəaliyyət istiqamətləri istisna olmaqla bütün iş yerlərinin dayanadırıldığı günlərdə öz iş qrafikinə heç bir dəyişklik etmədi və yaranmış situasiyada fəaliyyətini daha da gücləndirmiş oldu. Biz bunu qısa zaman ərzində paytaxtda Yeni Klinika tibb müəssisəsinin, Sumqayıtda tibbi maska istehsalı zavodunun və sair bu təyinatlı obyektlərin açılışında görə bildik. Ölkədə karantin rejminin tətbiq olunması və nəticədə iş yerlərinin fəaliyyətinin dayanadırılması nəticəsində insanlarımızın sosial rifah halının da yarana biləcək bütün qayğılar da dövlətimizin xüsuslilə də cənab prezidentimizin nəzarətində oldu. Cənab prezidentin tapşırıq və göstərişlərinə əsasən 4 milyard manata yaxın məbləğlik və həyatımızın demək olar ki, hər bir istiqamətini əhatə edən çox böyük sosial paketin qısa zamanda həayata keçirilməsi pandemiya dövründə insanlarımızın maddi baxımdan heç bir çətinlik çəkmələrinə səbəb oldu. Siyasətimizin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanır deyən cənab prezident İlham Əliyev bir daha sübut etmiş oldu ki, hər bir vətəndaşın yanındadır və yaranmış vəziyyətə baxmayaraq heç bir sosial layihə ixtisar olunmaycaq".
C.Osmanov diqqətə çatdırıb ki, ağır durumla üzləşmiş 30-a yaxın ölkəyə öz dəstəyini də göstərməklə yaranmış çətin vəziyyətdə belə etibarlı tərəfdaş olduğunu bütün dnyaya bəyan etmiş oldu:
"Cənab prezidentin göstərişlərinə əsasən paytaxtla yanaşı respublikamızın müxtəlif bölgələrində ümumilikdə 10 modul tipli xəstəxanaın tikintisi, koronavirus testlərinin aparılması üçün hər bir müasir tibbi ləvazimatlarla təchiz olunmuş loboratoriyaların yaradılması çox təqdirə layiq hladır və belə demək mümkündürsə xalqımızın milli təhlükəsizliyi istiqamətində atılmış çox böyük addımdır. Pandemiya dövründə Azərbaycan dövləti dövlət olaraq hər bir lazimi işləri görmüş və görməkdə davam edir.
Cənab prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyeva pandemiyanın ölkəmizdə qeydə alındığı ilk günlərdə xalqa etdiyi müraciətlərəxalqımız tərəfində verilən adekvat qarşılıq nəticəsində biz çox böyük nəaliyyətlər əldəetdik. Gün ərzində yoluxma sayı çox az miqdarda qeydə alınır, günlərlə ölüm faktına rast gəlinmir və hətta sağalma sayı yoluxma sayını üstələdiyi halların da şahidi olurduq.
Lakin karantin qaydalarının yumşaldılmasından sonra bəzi şəxslər özlərində elə bir təsəvvür formalaşdırdılar ki, sanki təhlükə spvuşmuş və virus yoxa çıxmışdır. Belə demək mümükndürsə bəzi şəxslərin məsuliyyətsizlikdən sosial izolyasiya qaydalarına əməl etməməsi üzündən yoluxma halları kəskin formada artmağa başladı. Hansı ki, əyalətdən olan bir Millət vəkili kimi cəmiyyət içində olduqda mən də belə halaların bəzi insanların sosial məsuliyyətsizlik etməsinin şahidi oluram.
Bildiyimiz kimi bu məsələ xalqımızın və genefondumuzun milli təhlükəsizliyi məsələsidir. Bir şəxsin Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara əməl etməməsi ilk baxışda sosial məsuliyyətsizlik kimi görünə bilər. Ancaq bu cəmiyyət üçün, xalqımızın milli təhlükəsizliyi üçün törədilən cinayət əməlinə bərabərdir. Bir nəfərin etdiyi məsuliyyətsilzik nə qədər sayda onsuz da iş prosesi gərgin olan həkimin, hüquq mühafizə əməkdaşlarının iş prosesini daha da ağırlaşdırmış olur. Hesab edirəm ki, sosial izolyasiya qaydaları, xüsusilə də tibbi maskadan istifadə etməməyə görə bir müddət öncə qəbul etdiyimiz cərimə məbləğlərinin az olması da bəzi şəxslərin məsuliyyətsizliyini artrımış olur. Odur ki, cərimə məbləğlərinin artırılması günün tələbləri çərçivəsində qaçılmazdır və bu məbləğlər əhəmiyyətli dərəcədə artırlmalıdır".
Murad İbrahimli