Azərbaycanın məşhur vəkillərindən biri olan Loğman Abdullayev evində cərrahiyyə əməliyyatı keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Gununsesi.org-a vəkilin özü bildirib.

Onun sözlərinə görə, paytaxt xəstəxanalarında yer olmadığı üçün cərrah onun evinə gəlib:

“Hər şey arxada qaldı. Xəstəxanalarda yer olmadığı üçün əməliyyatı evdə elədilər. Xəstəxana dili ilə desək, reanimasiyadan palataya verildim. Ayağımdan əməliyyat olundum”.