Qaydalara əməl edilsə də, koronavirusa yoluxanların olmasının iki səbəbi var.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi hər kəsin maska taxmamasıdır.
“Maska taxmaqla digər insanları qorumuş oluruq. Bizimlə təmasda olduğumuz şəxs maska taxmırsa, o zaman bizim yoluxma riskimiz yüksəkdir. İkinci səbəb isə şəxs özü qaydalara əməl etsə də, dostları, tanışları, ailəsi buna əməl etmir. Ailənin bütün fərdlərinin qaydalara əməl etməsi çox önəmlidir. İnsanlar maskanı əsas hesab edir, amma əllərini dezinfeksiya etmir. Bu qaydalara əməl olunsa və qarşımızdakı şəxsdən də bunu tələb etsək, yoluxma olmaz”.