Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.
Unikal.org xəbər verir ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qəzeti maliyyə vəsaiti ayrılan qəzetlərin siyahısından kənarda qalıb.
“Mövqe” qəzetinin KİVDF-nin müsabiqə qaydalarına uyğun gəlmədiyi bildirilir.
Xatırladaq ki, Vüqar Səfərlinin quruma rəhbərlik etdiyi dövrdə qəzetə ildə 240 min manat vəsait ayrılırdı.
Orxan Həsənli