Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.
6 aylıq ÜDM-in 10 760,4 milyon manatlıq hissəsi neft-qaz sektorunun, 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən müvafiq olaraq 2,9% və 2,5% azdır.
ÜDM istehsalının 35,7%-i sənaye, 11,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5%-i nəqliyyat və anbar təsərrüfatı, 7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,6%-i tikinti, 2%-i informasiya və rabitə, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3%-ni təşkil edib.
Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.