“Qaraçay” şirkətinə ittihamlar var
12:04 06-12-2012
İQTİSADİYYAT
“Qaraçay” şirkətinə ittihamlar var
Adıçəkilən holdinqdə şəffaflığın təmin edildiyi şübhə altındadır
Azərbaycanın tikinti sektorunda iri paya malik olan şirkətlərdən biri “Qaraçay-holdinq”in fəaliyyətində neqativ məqamlara rast gəlinir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə şirkət çoxsaylı tikinti layihələrinin icrası ilə məşğuldur.
Bunların sırasında “Sərhədçi” İdman Olimpiya Kompleksi, ədliyyə və muzey binaları, Gəncə və Bərdədə Müalicə və Diaqnostika Mərkəzlərinin inşası, Gəncədə taxıl anbarının, ölkənin çeşidli bölgələrində mehmanxana, məktəb, park və bağça, yanacaq doldurma stansiyaları və s.-in tikintisi daxildir. Şirkət ən müxtəlif dövlət qurumlarının iri vəsaitlər əsasında həyata keçirilən layihələrinin gerçəkləşməsində rol alır. Hansı ki, belə layihələrin bir çoxunda şəffaflıq və hesabatlılıqla bağlı ciddi şübhələr var, üstəlik bu cür proyektlərin “Qaraçay” şirkəti tərəfindən açıq, şəffaf tenderlərdə udulub-udulmadığı da naməlum qalır.
Qeyd edək ki, şirkətin dövlət sifarişi əsasında əlillər və sel qurbanları üçün binalar, evlər inşa etdiyi də məlumdur; amma həmin tikililərin keyfiyyəti ilə bağlı da birmənalı və qəti söz deməkdir. Halbuki belə yaşayış mənzilləri kifayət qədər iri məbləğə başa gəlir.
“Qaraçay” şirkəti barədə ittihamlardan biri də onun vergidən yayınması hallarına yol verilməsidir. Holdinqin çeşidli layihələrində gəlirlərin bir hissəsinin gizlədilməsi və ikili mühasibatlıqla bağlı şübhələrin olması da araşdırmalar, deyilənlərin doğru olub-olmadığı yönündə konkret aydınlatmalar tələb edir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07