Dünya Meteoroloji Təşkilatı (DMO), Sibir bölgəsində bu ayın orta temperaturunun keçən ayla müqayisədə 10 dərəcə yüksək olduğunu və istilik dalğasının meşə yanğınlarına və Arktik dairəsində (Arktikada) dəniz buzlarının tez əriməsinə səbəb olduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, DMT-nın nümayəndəsi Petteri Taalas, mövzu ilə əlaqədar verdiyi açıqlamada, "Arktikada dünya ortalamasının iki qat nisbətində istiləşən bir bölgədir. Bu vəziyyət, qlobal təsirlər yaratmaqla yanaşı, yerli əhaliyə və ekosistemə də təsir göstərir" - deyə ifadə edib.
Taalas, bölgədəki istilik dalğası səbəbiylə genişmiqyaslı meşə yanğınlarına rast gəlindiyini və Rusiyanın Artik sahilindəki Laptev və Barents dənizlərində iyun ayından bəri dənizdəki buz səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib.
Stratosferdə qərb istiqamətli külək axması səbəbiylə Sibirdə bir önləyici təzyiq sisteminin olduğunu qeyd edən Taalas, insanların müdaxiləsi nəticəsində meydana gələn qlobal istiləşmənin təsiri olmadan belə yüksək temperatur artımının mümkün olmayacağını vurğulayıb.