Bolqarıstanın Baş naziri Boyko Borisov Xüsusi Qələm müdiri Denitsa Jelevanın COVID-19 testi pozitiv çıxdığı üçün karantin altına alınıb. 

Unikal.org xəbər verir ki, baş nazir və komandasındakı bütün işçilər test ediləcək. Lakin Boyko Borisova ediləcək testin nəticələri bir müddət sonra açıqlanacaq. 

Xatırladaq ki, nazirliyin binası dörd gün əvvəl iki məmur virusa yoluxduqdan sonra bağladılaraq dezinfeksiya edilmişdi.