Tunisin Baş Naziri İlyas Faxfax ölkənin Xarici İşlər naziri Nuruddin ər-Reyi istefaya göndərib.
Unikal.org məlumat verir ki, bu barədə “RİA Novosti” xəbər verib.
“Prezident Kays Səyidlə məsləhətləşmədən sonra Baş Nazir XİN rəhbəri Nuruddin ər-Reyi vəzifəsindən kənarlaşdırmaq qərarına gəldi”, - “RİA Novosti”nin aldığı pres-relizdə deyilir. İşdən çıxarılmanın səbəbləri dəqiqləşdirilmir.
Nazirin vəzifələrini müvəqqəti olaraq Səlma Neyfar icra edəcək.