ABŞ-ın Florida ştatında Hərbi Hava Qüvvələrinə məxsus bazalardan birində silahlı insident baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə Xerlber-Fild aviabazasının "Facebook" səhifəsində xəbər yayılıb.

Bildirilir ki, atışma zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Təhlükəsizlik məqsədi ilə baza bağlanılıb. Hadisənin təfərruatları haqda məlumat verilməyib. Araşdırma aparılır.