Dünyada yeni növ koronavirusdan (COVID-19) müalicə olunan insanların sayı 9 milyonu keçib.
Unikal.org-un verdiyi xəbərə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Johns Hopkins Universitetinin məlumatında deyilir.
Universitetdən verilən məlumata görə, dünyada COVID-19 virusundan sağalanların sayı 9 043 203-ə çatıb, ölənlərin sayı isə 639 652 nəfər təşkil edib, ümumilikdə, dünya üzrə sözügedən virusa 15 736 499 nəfər yoluxub.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya olduğunu elan edib.