Qırğız Respublikasında koronavirusdan ölənlərin xatirəsinə iyulun 30-u matəm günü elan edilib.
Unikal.org xəbər verir ki, bunu Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov “Birinci radio”nun efirindən bildirib.
O, iyulun 31-də Qurban bayramının olacağını da xatırladıb.
Dövlət başçısı əlavə edib ki, bu barədə uyğun sərəncam verəcək.